Yanvarın 14-də Vaşinqtonda ABŞ Dövlət Departamentində ABŞ və Ermənistan arasında strateji tərəfdaşlıq haqqında xartiya imzalanıb. Sənədi Ermənistanın XİN Ararat Mirzoyan və ABŞ Dövlət katibi Entoni Blinken imzalayıb.
HƏMAS və İsrail girovların azad edilməsi və Qəzza zolağında atəşkəs rejiminin tətbiqi ilə bağlı razılığa gəliblər.
Prezident İlham Əliyev yanvarın 15-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Kayrat Sarıbayı qəbul edib.
Ermənistanın təhlükəsizliyi sözün əsl mənasında İran və Rusiyanın mövqeyindən asılıdır. Bu, faktdır.
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri yanvarın 14-də başa çatıb.
Avrasiya İqtisadi İttifaqından çıxmaq məsələsi Ermənistan hökumətinin gündəliyinə daxil deyil. Bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan deyib.
Əbu-Dabidə Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü olub.
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə yanvarın 13-də Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gəlib.








