QLOBAL İSTİLƏŞMƏ DÜNYANIN SONUNU GƏTİRƏCƏK
Baxış sayı: 11
Dövrümüzün ən məşhur və nüfuzlu astrofiziklərindən biri olan Stiven Hokinq bəşəriyyətin və Yerin gələcəyi ilə bağlı bir neçə qorxulu təxminlər verib. Artıq bu həyəcanverici təxminlər NASA tərəfindən də qismən təsdiqlənib. Görünür, bəşəriyyət üçün təhlükə əvvəllər düşünüldüyündən daha realdır. Hokinq dəfələrlə xəbərdarlıq edib ki, qlobal istiləşmə bəşəriyyət üçün ən real təhlükələrdən biridir. Astrofizik vurğulayıb ki, bəşəriyyət tamamilə məhv olmamaq üçün planetdən köçüb getmək barədə əvvəlcədən düşünməlidir. Əgər bu baş verməsə, insanlar həddindən artıq istilənən Yer kürəsində sözün əsl mənasında dəhşətli şəraitdə yaşamağa məcbur olacaqlar. NASA Hokinqin dünyanın sonu barədə söylədiklərini təsdiqləməsə də, ancaq agentliyin mütəxəssisləri onun əsas fikri ilə razılaşırlar: Bəşəriyyətin resurslardan lazımi qaydada deyil, israfçı şəkildə istifadə etməsi, həyəcan təbili çalmağın vaxtının çatdığını deməyə əsas verir. Alimin fikirincə enerji və təbii resursların istehlakının cari dərəcələri gözləniləndən daha tez ekoloji çökməyə səbəb ola bilər. Stiven Hokinq belə düşünür ki, gözlənilən böhranın ən yuxarı həddi 2060-cı ilə təsadüf edəcək.Ömrünün son illərində Hokinq 2016-cı ildə istifadəyə verilən Breakthrough Starshot layihəsini fəal şəkildə dəstəkləyirdi. Bu proqram yaşayış üçün əlverişli planetləri axtarmaq üçün kiçik kosmik gəmilərin qalaktikaya buraxılmasını nəzərdə tutur. Stiven Hokinq deyirdi: “2600-cü ilə qədər Yer kürəsi yaşayış üçün yararsız hala düşəcək. Temperatur 250°C-dən yuxarı olacaq ki, bu da yer kürəsini əsl “atəş topuna” çevirəcək.
